Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-06 12:31:00
MİQ-ə hazırlaşan müəllimlər üçün sınaq imtahanına qeydiyyat başladı

Xəbər verdiyimiz kimi may ayının 16-dan etibarən, Müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanının keçirilməsi nəzərdə tutulub.

AzEdu.az-ın  məlumatına görə, imtahan ixtisas sualları əsasında keçiriləcək. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanı üçün elektron müraciətlərin qəbuluna start verildi. Elektron qeydiyyatdan keçmək üçün son tarix isə 11 may 2019-cu ildir.

Qeyd edək ki, aşağıdakı link vasitəsilə  sınaq imtahanının qeydiyyatından keçə bilərsiniz ( miq.edu.az/sinaq)

Günel Yaşarqızı
Müəllifin digər yazıları