Azedu.az

Məktəbdən oğurluq edən yeniyetmələr saxlanıldı

2 May 2019, 11:41
Məktəbdən oğurluq edən yeniyetmələr saxlanıldı

Paytaxtın Binəqədi rayonunda yerləşən məktəblərin birindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və proyektorun oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox