Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-02 11:27:24
Müəllimlərin yerdəyişməsi müsabiqəsinin qaydalarında hər hansı dəyişiklik olacaq? - CAVAB  

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin iyun ayında keçirilməsi nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, bu il ötən illərlə müqayisədə, müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişikliklərin edilməsi planlaşdırılmır.

İki ixtisasa malik olan müəllim hazırda işlədiyi ixtisas üzrə deyil, ikinci ixtisası üzrə iş yerini dəyişə bilərmi?

AzEdu.az müəllimlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edir.

-Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Yəni, müəllim ikinci ixtisası üzrə imtahanda iştirak edibsə, iş yerini həmin ixtisas üzrə də dəyişdirə bilər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.