https://www.zirve.edu.az/
02.05.2019 10:21
“Buna elə yanaşdıq ki, sanki din gizli-saxlı, intim münasibətdir” - Xaricdə dini tədris  
Çap et

Son günlər ölkə məktəblərində dini mövzulu dərslərin artırılacağının deyilməsi, böyük ajiotaja yol açıb. Əksəriyyət isə sosial şəbəkələr vasitəsilə bu yeniliklə razılaşmadıqlarını bildirir, gələcəkdə hər hansı pis nəticələrə yol açacağını  ehtimal edirlər.

Əcnəbi ölkələrdəki təhsil çoxlarının gözündə həddindən artıq  modern, dini təsirlərdən uzaq düşünülür. Lakin hazırda bir çox inkişaf etmiş ölkələrin məktəblərində də dini dərslərtədris olunur.

Məsələn, Britaniyada dövlət məktəblərində dini biliklər verilsə də, dərslərdə iştirak könüllüdür;

İsraildə dövlət ümumi və dini qruplara bölünür. Almaniyada din adi predmet kimi tədris olunur;

Polşa orta təhsilmüəssisələrində dini mövzular açıq dərs formasında keçirilir;

Finlandiyada şagirdlər I sinifdə din və etika dərsləri arasında seçim aparır, ikisindən birini öyrənirlər;

İspaniya, Rusiya kimi ölkələrdə də dini mövzular tədris olunur. Amerika və Çində isə dövlət məktəblərində din keçirilmir, Fransada isə dinin tədrisi 1905-ci ildə qadağan edilib.

“İnkişaf etmiş ölkələrdə dini dərslər mili kimlik kimi tədris olunur”

AzEdu.az xarici ölkələrdə dini tədrislə bağlı daha geniş məlumat almaq üçün xaricdə təhsil məsələləri üzrə mütəxəssis Sərdar Yusifoğlu ilə əlaqə saxlayıb.

O, açıqlamasında yuxarıdakı məlumatları təsdiq edib. Bildirib ki, xaricdə hər bölgənin öz qanunverciliyi, parlamenti olduğundan, dinin tədris qaydaları həmin regiona uyğunlaşdırılır:

“Azərbaycan o qədər də böyük ölkə deyil, qanunvericilikdə cəmi bir hal nəzərdə tutulub. Amma İtaliya, Amerika, Rusiya kimi ölkələrdə bu qaydalar fərqlidir. Təkcə dinin tədrisi deyil, vergi məsələləri, tələbələr üçün imtiyazlar da regiondan asılı olaraq dəyişir. Din də müxtəlif bölgələrdə fərqli cür tədris olunur. İnkişaf etmiş ölkələrdə dini dərslərin mili kimlik kimi tədrisi mövcuddur. Çox vaxt xaricdə olanda müşahidə edirəm: Yeni evlənən cütlüklər şəkil çəkdirmək üçün öncə kilsəyə gedirlər. Kəbin mərasimi kilsədən başlayıb, sonra qanunvericiliyə gəlir. Buna görə də, uşaqlar bölgədə çoxluq təşkil edən din barədə məlumatlandırılır. Bu, ölkənin milli atributlarından biri hesab edilir.

Azərbaycan da bu axınaqoşulsa, çox yaxşı olardı. İnsanlar milli kimliklə bərabər, dini kimliklərini də bilməlidirlər. Əks halda, kənar təsirlər, yad dinlərin bölgədə yayılması problem yarada bilər”.

“Elə yanaşırıq ki, sanki din gizli-saxlı, intim münasibətdir”

O bildirib ki, xarici məktəblərdə bütün dinlər barədəməlumat verilsə də, bu zaman həmin ərazidə yayılan əsas dinin tədrisi  üstünlüktəşkil edir:

“Bölgə xristianlığın hansı qoluna mənsubdursa, o daha çox tədris olunur. Bu, ənənədir. Bizdə isə elə yanaşırlar ki, sanki din gizli-saxlı, intim münasibətdir və açıb-ağartmaq olmaz. Bu ölkədə hamı öləndə qapısına molla gəlir. Dəfnin bütün adətləri İslama əsasən həyata keçirilir. Gələcəyini düşünən insan adətləri bilməlidir. Onsuz da bəzi məktəblərdə yüksək keyfiyyətli dərs keçirilmir. Uşaqlarda həmin boşluqdan istifadə edib, yad qüvvələrin əlinə əsir düşürlər. Hər kəs ölkənin qanunvericiliyi ilə yanaşı, dinini də bilməlidir. Çünki adət-ənənələrin dünyaya təbliği sırasında din də önəmli yer tutur. Buna bütün dünya riayət edir.

Xaricdə bir sıra xristian ailələrin evində qonaq olmuşam. Onlar dinlərinin təbliği üçün çox çalışırlar. Axşam yeməyində belə ailəlikcə dua oxuyurlar. Hər kəs öz regionundakı din haqda məlumatlıdır”.

Ekspert   dini mövzuların şagirdlərin seçim azadlığına necə təsir edəcəyindən də söz açıb:

“Bizdə hamı övladını özü kimi edir. Bu, parlamentdeyil ki,din seçki yolu ilə müəyyənləşsin. Hər insan öz ailəsinin dinini davam etdirir. Övlad müəyyən yaşa çatandan sonra istədiyi seçmək öz əlindədir. 4-5 yaşlıuşaq hansı məntiqi düşüncə ilə seçim edə bilər?O, nə bilir ki, nə də seçə? Seçim insanın azadlığıdır. Amma bunun üçün öncə müəyyən informasiyaya sahib olmaq lazımdır”.

Amerikada İslamın tədrisi

Şagirdlərin təsir altına düşmə ehtimalına gəlincə isəSərdar Yusifoğlubildirib ki, yalnız məlumatı qıt, özgüvəni az olanlar təsirlərə tez məruz qalırlar:

“Amerikada müsəlman məktəbləri də var. Qızlar ora başıörtülü gəlirlər, onlara nəsə deyən yoxdur. Bizdə isə bu məsələni çox şişirdilmiş şəkildə müzakirə etdilər. Fikrimcə, ölkəmizdə müsəlmanlar üstünlük təşkil etdiyinə görə, din tədris oluna bilər. Xarici məktəblərdəşagirdlərlə ünsiyyətdə olmuşam. Orada heç kim heç nədən qorxmur. Bizim gördüyümüz qorxu feysbuk üzərində olan bir şeydir. Bunumüəyyən adamlar ediblər. Onların çoxunun dünyagörüşü yoxdur. Sadəcə, ağıllı görünmək üçün deyirlər.

Fikrimcə, informasiyası çox olan insan heç vaxt təsir altına düşmür. Yalnız məlumatı qıt, özgüvəni az olanlar təsirə tez məruz qalırlar. Məktəb və ailədə şagirdə dünyagörüşü verə bilsək, o, yetkinlik yaşına çatanda düzgün seçim edəcək”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları