Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 16:13:00
Müəllimlərə zəruri MİQ tövsiyələri – Ən çox verilən suallar, çox vacib detallar  

"Müəllimlərin İşə Qəbulu imtahanında ixtisas fənləri üzrə salınan suallar  dərslikləri əhatə edir. Ümumiyyətlə, MİQ imtahanında dərsliklərdən kənar suallar salınmır”

Bu sözləri AzEdu.az-a təlimçi-ekspert Günel Əliyeva deyib. O, bildirib ki, müəllim olmaq istəyənlər birinci növbədə orta məktəb dərsliklərini dərindən başa düşərək öyrənməyəçalışmalıdırlar:

“Müəllim namizədləri dərsliklərdə mövcud olan ən kiçik məqamları belə gözdən qaçırmamalıdırlar. Çünki MİQ imtahanında düşən suallar bütün sinifləri əhatə edir. Müəllim namizədləri Ədəbiyyat fənnindən X-XIsinif dərsliklərini mükəmməl öyrənməlidirlər.  Onlar V-IX sinif  Ədəbiyyat dərsliklərindəki hekayələri, şeirlərin mövzuları ilə tanış olaraq konspektləşdirib, sistemləşdirməlidirlər. Ümumiyyətlə, əldə edilən bilikləri hər gün təkrarlayıb,  sual-cavablamöhkəmləndirmək vacibdir.

Onu da qeyd edim ki, MİQ imtahanlarında aşağı sinif Ədəbiyyat dərsliklərindən salınan suallar o qədər də çətin olmur. Lakin ən asan sualı  belə cavablandırmaq üçün mövzu ilə tanış olmaq lazımdır.

Azərbaycan dili və ədəbiyyatı müəllimlərini ən çox narahat edən V-IX sinif dərsliklərindəki suallardır. Bu sualları cavablandırmaq üçün dərsliklərdəki bütün hekayələri, şeirlərin mövzularını bilmək lazımdır. Çox zaman hər hansı  bir şeir və ya hekayənin müəllifini tapmaq tələb olunur. Müəlliflərin ortaq mövzusu olan hekayə və əsərləri də öyrənmək lazımdır. Çünki MİQ imtahanlarında bu kimi suallara da cavab tapmaq tələb olunur”.

Günel Əliyeva MİQ imtahanında Azərbaycan dili fənnindən  ən çox düşən sualların morfologiya bölməsinə aid olduğunu vurğulayıb:

“Azərbaycan dili  və ədəbiyyat, ibtidai sinif müəllimləri üçün keçirilən MİQ imtahanında Ana dili nə aid suallarbir o qədər də fərqlənmir. Müəllim namizədlərinə tövsiyəm odur ki, imtahanda yüksək nəticə göstərmək üçün V-XI sinfi  daha yaxşı  öyrənsinlər. Çünki yalnız bu halda fənnin mahiyyətini tam dərk etmiş olarlar.

Müəllim namizədlərin ədəbi dilin normaları, nitq mədəniyyəti, üslubiyyat, əməli yazı növləri  haqqında da məlumatları olması vacibdir.

Azərbaycan dili fənnindən  MİQ imtahanlarına ən çox salınan suallar Morfologiya bölməsinə aid olur. Həmçinin, müəllim namizədləri nitq hissələri mövzusunu, xüsusən də fel bəhsinin xırdalıqlarınıda oxumalıdırlar. Onu da qeyd edim ki, MİQ imtahanlarında morfoloji təhlillə bağlı suallar da çox düşür. Azərbaycan dili və ədəbiyyat müəllimliyinə namizəd olanlar  orfoqrafiya qaydalarını  da diqqətlə oxumalıdırlar. Çünki, MİQ imtahanlarında sözlərin düzgün yazılış qaydalarına da aid suallara tez-tez rast gəlinir.  Ümumiyyətlə, dərsliklərdə mövcud olan bütün mövzuları dərindən öyrənmək lazımdır ki, maksimum nəticə əldə etmək mümkün olsun.

MİQ imtahanında  ən çox düşən sual tipləri isə bunlardır: Orfoqrafiya qaydaları, heca vurğusu, morfologiya, feilə aid bütün qaydalar, tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri, sadə cümlə ilə mürəkkəb cümlənin fərqləndirilməsi, cümlənin şəxsə görə növləri, sintaktik əlaqələr, durğu işarələri və s.

Ümumiyyətlə, MİQ imtahanlarında mətnə aid testləri cavablandırarkən kontekstə əsaslanmaq da tələb olunur”.

Təlimçi-ekspert, müəllim namizədlərin kurikulumda çətinlik çəkdikləri məqamlara da toxunub: 

“Azərbaycan dili  və ədəbiyyat müəllimliyinə namizəd olanların MİQ imtahanında Tarix fənni üzrə də ortaq suallarla qarşılaşmaq ehtimalı var. Tarix fənni üzrə ortaq sualları cavablandırmaq üçün mövzulararası testlərin işlənməsi vacibdir.Həmin fənni  yaxşı dərk etmək üçün orta məktəb dərsliklərini dərindən oxumağı tövsiyə edirəm.

Kurikulumda gənclərin çətinlik çəkdiyi bir çox məqamlar var ki, bu da onun mahiyyətini  dərk etmədən əzbərləməkdir. Kurikulumu öyrənməyin ən  asan yolu isə hər mövzuya aid testlərlə yanaşı, situasiya, yeni model tapşırıqların da işlənməsidir. Bu isə əzbərçiliyin qarşısını alır.

Nəzəriyyə bazanı formalaşdırmalı, praktika isə onu möhkəmləndirməlidir. Ümumiyyətlə, test və tapşırıqlar maksimum sayda işlənməlidir”.

Günel Əliyeva MİQ imtahanında uğur qazanmaq istəyənlərə zəruri tövsiyələrini də bildirib:

“Ümumiyyətlə, özünəinam bütün uğurların başlanğıcıdır. MİQ imtahanına hazırlaşanlar neqativ fikir və ya şayiələrəinanmasınlar. Çünki imtahan tam olaraq  ədalətli keçirilir. Namizədlər MİQ sahəsi üzrə təcrübəsi olmayan kursların reklam xarakterli suallarına aldanmasınlar. Müəllim olmaq istəyənlər min deyil, ən azı  on minlərlə test işləməlidirlər.  Ümumiyyətlə, imtahan hazırlığına ağır bir yük kimi deyil, həvəslə yanaşmaq lazımdır.  Onu da qeyd edim ki, MİQ imtahanına hazırlaşanlar 10 %nəzəriyyə, 90 % praktika” prinsipini  də unutmasınlar. Əlavə olaraq bildirim ki, yalnız elmi məlumatla yüklənmək beyni yora bilər. Həmçinin, müəyyən saatlarda psixoloji romanlar, pedaqogika, psixologiya kitabları da oxumaq lazımdır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları