Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-14 10:46:02
“Təhsilimizin üzünü qardaşlarımıza tərəf çevirməliyik” – Türk dünyasından niyə faydalanmırıq?

Azərbaycanda yaradılan təhsil sistemi daha çox Avropa modelinə uyğun gəlir. Buna ali təhsil müəssisələrində tətbiq olunan Baloniya sistemini nünumə gətirmək kifayətdir.

Bu təhsil modeli İtalyanın Baloniya şəhərində meydana gəlib və hazırda Azərbaycanla yanaşı, bir çox dövlət tərəfindən  istifadə olunur. Lakin dünyada yeganə inkişaf edən təhsil sistemi, yalnız Avropa və Amerikada qurulmayıb. Hazırda müstəqil türk dövlətlərindəki təhsil sisteminin də müəyyən qədər müasir standartlara cavab verdiyini söyləmək mümkündür.

Bəs Azərbaycan müstəqil türk dövlətlərində mövcud olan təhsil sisteminin hansı məqamlarından faydalana bilər?

Məsələ ilə bağlı Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu, Milli QHT Forumunun idarə  heyətinin üzvü  Əkbər Qoşalı AzEdu.az-a açıqlamasında bildirib ki, müstəqil türk dövlətlərinin ali təhsil sistemində örnək göstəriləcək bir çox məqam var:

“Qazaxıstanda Xoca Əhməd Yasəvi Beynalxalq Türk-Qazax Universiteti Türkiyə ilə Qazaxıstanın ortaq ali təhsil müəssisəsidir. Bir neçə dəfə həmin universitetdə olmuşam. Təklif edərdim ki, Qazaxıstanla Azərbaycanın da Füzulinin və ya Uluqbəyin adını daşıyan belə bir ortaq universiteti olsun. Bu zaman həm ortaq dəyərlərimiz üzə çıxar,  həm də yüksək səviyyəli mütəxəssislər hazırlamış olarıq. Qırğısıtan-Türkiyə Manas Universiteti də ortaq ali təhsil ocaqlarındandır”

ekber.jpg

 

Əkbər Qoşalının sözlərinə görə, Azərbaycanda olan təhsil dəyərləri də türk respublikaları üçün nümunə hesab oluna bilər.

“Bakı Dövlət Universiteti 27 il bundan öncə müstəqillik əldə edən respublikalara nümunə ola biləcək keçmişə və təcrübəyə malikdir. Yalnız müstəqil dövlətlərin ali təhsil ocaqları deyil, eyni zamanda, Tatarıstanda yerləşən Kazan Federal Universiteti də nümunə göstəriləcək ali təhsil müəssisələrindəndir.  Bura vaxtilə Leninin adını daşıyıb. Onun zəngin ənənələri, tarixi, çoxrektorluluğu, sağlam mühiti digər ölkərin təhsil sistemi üçün örnək sayıla bilər.

Təhsilimizin üzünü qardaşlarımıza tərəf çevirməliyik. Tələbə mübadiləsi baxımından gələcəkdə görüləsi çox iş var və buna ehtiyac çoxdur. Təəssüflər olsun ki, qardaş Türkiyə də daxil olmaqda dünya universitetlərinin reytinq cədvəlində ön sıralarda türk respublikalarının universitetləri yer almır. Reytinq cədvəlinin parametrlərinə niyə cavab vermədiyimizi tapmalıyıq. Gələcəkdə bu boşluğu mütləq  aradan qaldırmaq lazımdır”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları