Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-09 09:28:00
Kosmos üçün maşınlar hazırlayan, Marsı qaranlıqdan qurtarmaq istəyən gənclərimiz – "Fantastik" reportaj  

Aprelin 6-da ADA Universitetində “First Lego League” mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib.

Turnirin əsas məqsədi uşaqların elm və texnologiyaya olan maraqlarını artırmaq və real problemlərin həllinə töhfə verməkdir.

Turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın münsiflər heyəti Türkiyə Respublikasından dəvət edilən beynəlxalq ekspertlər və ADA Universitetinin müəllimlərindən ibarət olub.

Turnirin sonunda iştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunublar.

 

Mediaturda olduğumuz ADA Universitetində layihə rəhbərləri, könüllülər, hakimlər, münsiflər heyəti və şagirdlərləsöhbətləşdik.

Xəzər Universitetinin Dünya Məktəbinin İnformatika müəlliməsi, həm də layihə rəhbəri kimi fəaliyyət göstərən və adının çəkilməsini istəməyən  xanımın məqsədi Marsa raket göndərməkdir:

“Layihəmizin ideyasıMarsı qaranlıqdan necə qurtarmaqla bağlıdır.Bilirik ki, Marsın bir tərəfi müəyyən səbəblərdən  həmişə qaranlıq olur.Raketlər isə araşdırma üçün Marsa endiklərində bu qaranlıq onlara maneə yaradır.

Biz də, öz robotlarımızla Marsı işıqlandırmaq niyyətindəyik.“Azərkosmos”  da, layihəmizi təsdiq edib və bəyənib”

“Simurq”komandasının rəhbəri Emin Bayramovun layihəsinin  məqsədi kosmonavtlara çox vacib məsələdə kömək göstərməkdir:

“Kosmosda baş verən hər hansı qəza anında oradakı kosmonavtlara kömək edən robotik sistem yaratmışıq.Bu sistem Yerdəki mütəxəssislə kosmosdakı mütəxəssis arasında  elektron əlaqə yaradır.Bununlada, Yerdəki mütəxəssis istənilən anda kosmosda baş verən hadisəyə müdaxilə edə bilər.Nəticədə kosmonavtların həyatı üçün təhlükə olduqda buna müdaxilə edə bilərik”.

“Shootingstar” qrupunun üzvü olan Nigar Hacıyeva kosmosda paltaryuyan maşınlarınistifadəsi ilə bağlı robotlar hazırlayıb:

“Kosmonavtlar raketdə olarkən paltar yumaqla bağlı problemlər yaşayırlar.Biz də bu problemi aradan qaldırmaq üçün bir robot hazırladıq.Bu paltaryuyan maşının əsas maraqlı tərəfi onun istifadəsi üçün suyun tələb olunmamasıdır.Burada olan xüsusi cihaz paltarların kirini alır və istifadə üçün yararlı edir”.

Valideyn Əbilova Elmira251 saylı məktəbdə oxuyan qızı AllahyarovaBilqeysinuğuruna sevinmək üçün gəlib:

“Bu hadisə məni çox sevindirir. Əvvəl həyəcanlı olsam da, sonra bu hisslərin yerini fərəh duyğuları almağa başladı.Ümid edirəm ki, qızım gələcəkdə çox böyük uğurlara imza atacaq”.

Könüllü olan Aynur Babayevailk dəfə bu təcrübəni yaşayır, o, könüllüdür:

“Hər könüllünün öz fəaliyyəti var.Heç kim bir istiqamətdə işləmir, hamı bir neçə istiqamətdə fəaliyyət göstərir.Bir könüllü asanlıqla digərinin işini əvəz edə bilər.Mənim vəzifəm iştirakçıları yerləşdirmək idi.Amma qeydiyyat və başqa bu kimi məsələləri də, yerinə yetirirdim”.

İnformatika müəllimi olan Əsədov Əsgərhakim kimi fəaliyyət göstərir:

“Çox böyük nəticələr gözləyirik vəcəsarətlə hazırlanmışıq.Layihəmiz robot dizaynı haqqında olub, onun formalaşdırılması üzərində qurulub.İnanırıq ki, geniş kütlələrə bu  layihəmizi ötürə bilərik”.

Qeyd edək ki, Azərbaycan hər il dünyanın 98 ölkəsindən300 mindən çoxməktəblinin cəlb olunduğu turnirə ilk dəfə2017-2018-ci il mövsümündə qoşulub.

Şükufə Süleymanlı