Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 17:13:04
Məktəbəhazırlıq müəllimləri üçün normativlər – Uşaqları ancaq onlara tapşırın  

Şagirdlərin məktəbəhazırlıq qruplarında təhsili onların məktəbə daha hazırlıqlı gəlməsinə səbəb olub. I sinfə elektron sistem vasitəsilə şagird qəbulunda məktəbəhazırlıq keçənlərə müəyyən üstünlüklər verilməsi də bu qruplara marağı artırıb. Bu il məktəbəhazırlıq qruplarına elektron qəbulun yay aylarında başlanması planlaşdırılır.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır vә mayın 31-dә başa çatır. Bu qruplarda dərslər hәftәdә 4 gün keçilir. Bir gün әrzindә 3 mәşğәlә tәdris olunur. Bir mәşğәlәnin müddәti 30 dәqiqә, mәşğәlәlәrarası fasilә isə 10 dәqiqәdir. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә, 3 idman dәqiqәsi mütləqdir. Mәktәbәhazırlıq qruplarında tәhsil alan uşaqlara ev tapşırıqları nәzәrdә tutulmur.

Göründüyü kimi məktəbəhazırlıq qrupu şagirdinin gündəlik rejimi orta məktəbdəkindən daha yüngüldür. Amma məktəbəhazırlıq keçən şagirdin əqli inkişafı ilə bağlı da müəyyən normativlər mövcuddur.

AzEdu.az məktəbəhazırlıq müəllimləri üçün həmin normativləri təqdim edir:

-Məktəbəhazırlıq kursunu bitirən azyaşlı əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olmalı;

-Özü, ailəsi vədövlət rəmzləri, ordu, milli qəhrəmanlar, təbii  sərvətlər, tarixi gün və abidələr, milli bayramlar haqda kiçik təqdimatlar etməyi bacarmalı;

-Verilmiş mövzu ətrafında danışıb, müzakirə aparmalı;

-Ətraf aləmdə baş verən hadisələrə münasibət bildirməyi bacarmalı;

-Canlı və cansız aləmin obyektlərini qruplaşdırıb və onlarla düzgün davranış qaydalarını bacarmalı;

-İnformasiyanı toplamağı, onu müxtəlif vasitələrləşərh edə bilməli;

-Səma cismlərində, gündəlik havada və ilin fəsillərində, həftə ərzində olan dəyişikliklərdə fərqli və oxşar cəhətləri müəyyən etməli;

-Mətnin səbəb-nəticə əlaqələrini izah edərək məntiqi nəticələr çıxarmalı;

-Dinləyib anlamalı, rabitəli danışmalı və nitq etiketlərindən istifadə etməli;

-Müşahidə və şəkillər əsasında fikrini sadə şəkildə şərh edə bilməli;

-“Buyurun”, “xahiş edirəm”, “xoş gəlmisiniz”, “yaxşı yol” kimi nitq etiketlərində yerində istifadəni ayırd etməli;

-Hərf və səsləri fərqləndirməli, kəsmə əlifba vasitəsi ilə sözləri düzməli;

-Hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurmağı bacarmalı;

-Əlamət, keyfiyyət, hiss bildirən, əks və eyni mənalı sözlərdən istifadə etməli;

-Sadə riyazi əməliyyatları yerinə yetirməli;

-Əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirməli;

-Əşyaları forma, ölçü və sayına görə qruplaşdırmalı;

-Həndəsi fiqurları ayırd etməli;

-Məkan (sağdan sola, yuxarıdan aşağıya, ortaya, küncə) və zamana (ilin fəsilləri, aylar, həftənin günləri, günün hissələri, saat) anlayışlarını ayırd etməlidir.

Bu əqli keyfiyyətlərə sahib olması şagirdin orta məktəbdə dərslərdə daha fəal və aktiv iştirakına səbəb olur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları