Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-03 14:36:00
“Xaricə yalnız attestatla yollanıb, uğur qazananlar çoxdur” - Ekspert  

"Türkiyənin dövlət universitetlərinə yalnız attestatla tibb sahəsinə qəbul olmaq mümkün deyil”

Bu sözləri AzEdu.az-a “Vision Academy”  Tədris Mərkəzinin Türkiyədə təhsil üzrə mütəxəssisi Rəşad Abbasov deyib. Onun sözlərinə görə, bəzi xaricdə təhsil şirkətləri saxta imtahan nəticəsindəbu prosesi edirlər.

“Türkiyənin özəl  universitetlərinə yalnız attestatla tibb sahəsinə qəbul olmaq mümkündür. Onu da bildirim ki, Türkiyə universitetlərində tibb sahəsi üzrə yalnız attestatla təhsil almaq məsləhətli deyil. Gənclərin tibb sahəsi üzrə xarici universitetlərdə yalnız attestatla qəbul olması sadəcə valideynlərinin özlərini aldatmasıdır.

Türkiyədə tibb sahəsi üzrə təhsil almaq istəyənlər üçün dil sertifikatı da lazımdır. Dil sertifikatı olmadığı müddətdə tələbələr şərti olaraq universitetə qəbul olunurlar. Onu da bildirim ki, Türkiyə universitetlərinə attestatla-imtahansız təhsil almaq istəyənlər  sentyabr ayına  qədər mütləq c1 sertifikatı verməlidirlər.

Türkiyə universitetlərində tibb  sahəsi üzrə təhsil almaq istəyənlər  SAT və ya YÖS  imtahanı verməlidirlər.Əlavə olaraq bildirim ki,   YÖSnəticəsi 90+, SAT isə 1400+ olmalıdır. İngilis dil proqramlarında təhsil almaq istəyənlər ingilis dil imtahanı verməlidirlər. Həmçinin, türkcə təhsil almaq istəyənlər isə  türk dili imtahanından uğurla keçməlidir”.

Rəşad Abbasov Türkiyə universitetlərində tibb sahəsi üzrə yalnız attestatla təhsil almağın çətinliklərindən də danışıb:

“Gənclərə Türkiyənin özəl universitetlərində  tibb sahəsi üzrə yalnız attestatla təhsil almağı məsləhət görmürəm. Çünki tibb sahəsi üzrə təhsil almaq üçün gənclərdə iradə, güclü qabiliyyət lazımdır. Yalnız attestatla xarici universitetlərə qəbul asanlıqla  olsa da lakin oxumaq bir o qədər də çətindir. 

Türkiyədə təhsil Azərbaycanda mövcud olan sistemdən daha çətindir. Məhz ona görə də Türkiyə universitetlərində attestatla-imtahansız təhsil almağın çətinliyi də normaldır. Amma tələbələr kitab oxuma və qavramanı zamanla formalaşırdırsalar uğur qazana bilərlər. Lakin təcrübəmizdə attestatla-imtahansız təhsil alıb, uğur qazanan tələbələrimiz çoxdur.

Türkiyə dövlət universitetlərində tibb sahəsi üzrə  təhsil haqqı 200 dollardan başlayaraq 12000 azn qədər davam edir. Özəl universitetlərdətibb sahəsi üzrə minumum təhsil haqqı 10000 dollar, maksimum isə  40000 dollardır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları