Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-02 11:00:00
“Şimali Kipr Yaxın Doğu Universitetinə yalnız attestatla qəbul mümkün deyil” – Cavanşir Quliyev  

“Şimali Kipr Yaxın Doğu Universitetinə yalnız attestatla qəbul mümkün deyil”

Bu sözləri AzEdu.az-a Yaxın Doğu Universitetinin səhnə sənətləri fakültəsinin dekanı, tanınmış bəstəkar, professor  Cavanşir Quliyev deyib.

Onun sözlərinə görə, Yaxın Doğu Universitetinə daxil olmaq üçün ali məktəbə qəbul imtahanından uğurla keçmək lazımdır:

“Ali məktəbə qəbul imtahanından bir az aşağı bal toplayan abituriyentlər Yaxın Doğu Universitetinə daxil ola bilər. Universitetə qəbul üçün tələbələrin ingilis dil biliyi də yoxlanılır. Tələbələrin əgər ingilis dil biliyi qənaətbəxş olmasa, 1 il müddətində hazırlaşaraq öyrənməlidirlər”.

Cavanşir Quliyev bildirib ki, təhsil sistemində ali məktəblərə yalnız attestatla  qəbul bəzi hallarda olar:

“Fikrimcə, tələbələr  yalnız attestat vasitəsilə ancaq   ödənişli universitetlərdə təhsil aldırlar. Elə bunun də  üçün çalışacaqlar ki, dərslərini yaxşı oxusunlar.  Amma ali məktəblərin sənət fakültələrinə daxil olmaq üçün nəinki qəbul,  hətta ixtisas imtahanı da olmalıdır. 

Düşünürəm ki, xarici universitetlərə yalnız attestatla qəbul savadlı tələbələrə heç bir çətinlik yaratmaz. Amma savadı olmayanlar ali məktəbə qəbul imtahanından  uğurla keçə bilməz. Onlar ali məktəbə qəbul imtahanından uğurla keçsə belə universiteti müvəffəqiyyətlə başa vura bilməyəcəklər. 

Xaricdə təhsil alan tələbələrə tövsiyəm odur ki, dərslərini hər zaman yaxşı öyrənsinlər”. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları