Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-19 13:20:00
Valideynlə saçyolduya çıxan müəllimlərə CƏZA VERİLDİ - VİDEO

Gəncədə müəllim və valideyn arasında düşən davaya görə məktəb direktoru və 2 müəllimə töhmət verilib.

AzEdu.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov 10 nömrəli məktəbdə baş verən insidentlə bağlı aparılan araşdırmadan sonra 3 təhsil işçisinin cəzalandırıldığını bildirib:

"Xoşagəlməz hadisə ilə bağlı araşdırma aparıldı. Sonda Gəncə şəhər 10 nömrəli məktəbin direktoru Arzu Əliyevaya, məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Səyyarə Müseyibovaya və ibtidai sinif müəllimi Vahid İsmayılova şiddətli töhmət verilib".

Qeyd edək ki, davanın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Təhsil Nazirliyi araşdırmaya başlayıb. Davada məktəbin direktoru Arzu Əliyevanın iştirak etdiyi bildirilsə də, əslində məktəbin müəllimi Səyyarə Müseyibova valideynlə dalaşıb. Adıçəkilən  müəllim həmin məktəbdə olan nəvəsini götürmək üçün sinifə gedib. Həmin valideynin uşağı da qapıya təpik vururmuş. Nəvəsini götürməyə gedən müəllim də həmin şagirdə iradını bildirib. agird də valideynini məktəbə çağırıb. Sonra da onlar arasında olan mübahisə davaya çevrilib. Həmin şagirdlərin oxuduğu "5 c" sinifinin rəhbəri Vahid İsmayılov onları ayıra bilməyib.