Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-14 16:06:00
Bu Avropa ölkəsində də universitetlərə yalnız  attestatla qəbul aparılır - Şans

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da bir çox gəncin arzusu xaricdə təhsil almaqdır. Bu, həm gənclərin dünyagörüşünün artması, həm də elm və təhsilin inkişafı baxımından ciddi əhəmiyyət kəsb edir.

Son illərdə burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır.

Çexiyada təhsil sistemi məktəbəqədər, əsas orta, texniki peşə, ali təhsil pillələrinə bölünür. Məktəbəqədər təhsil müəssisələrinə 3-6 yaşlı uşaqlar cəlb edilir. Əsas təhsil pilləsi iki mərhələyə bölünür.  

Çexiya ali məktəblərində tədris əsasən çex və ingilis dillərində olur. Bəzi universitetlərdə isə rus, alman və fransız dillərində də tədris olunan ixtisaslar var.

 “Çexiya universitetlərinə attestatla qəbul olmaq mümkündür”.

Bu sözləri AzEdu.az-a  xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev bildirib. Onun sözlərinə görə, tələbələr Çexiyanın özəl  universitetlərinə attestatla qəbul ola bilərlər:

“Çexiya universitetlərində çex dilində təhsil ödənişsizdir. Lakin  ingilis dilində təhsil almaq istəyənlər üçün ödənişlidir.   Ödənişli universitetlərdə illik təhsil haqqı isə 3000-7000 avro civarında dəyişir. Çexiyada ödənişsiz təhsil almaq istəyənlər  çex dilini yaxşı səviyyədə  bilməlidir.  Eyni zamanda  tələbələrdən yüksək GPA (80+) balı tələb olunur. 

Çexiyada tələbələrin aylıq xərci ortalama 500 avrodur”.

Həsən Əliyev bildirib ki, gənclər Çexiyada distant təhsil də  ala bilərlər:

 “Çexiyada oxumaq  istəyənlərə tövsiyəm odur ki, özəl universitetlərdə təhsil alsınlar. Çünki, Çexiyada bir çox özəl universitetlər  ABŞ-ın ali təhsil müəssisələridir. Digər səbəb isə özəl universitetlərdə tələbələrə daha güclü və keyfiyyətli təhsil  verilir.

Çexiyada distant təhsil almaq istəyənlər  isə MBA ixtisası üzrə oxuya bilərlər”.

 Qeyd edək ki, Çexiyada bakalavr təhsili 3-4, magistr isə 1-3 il olur. Çexiyada təhsilin bakalavr dərəcəsi üçün attestat dil sertifikatı tələb olunur. Həmçinin  magistr səviyyəsi üçün  seçdiyiniz ixtisasa uyğun bakalavr diplomu və dil sertifikatı lazımdır. Əlavə olaraq universitetə qəbul imtahanı  yazılı test və ya onlayn müsahibə ola bilər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları