Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-08 00:16:00
BDU-nun  Qazax filialına direktor təyin edildi

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının direktoru vəzifəsinə təyinat olub.  AzEdu.az-ın “Report”a istinadən məlumatına görə, bu vəzifəyə universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmov təyin olunub.

 

A.Rüstəmov 1959-cu il sentyabrın 5-də Qazax rayonunun Yuxarı Salahlı kəndində, qulluqçu ailəsində anadan olub. 1985-ci ilin iyun ayından BDU-nun indiki Politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.

 

2008-2013-cü illərdə universitetin Sosial elmlər və Psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.

 

2013-cü ildən BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosentidir.

 

O, bir kitab, yeddi dərslik, 50-dən çox elmi məqalə, tədris proqramı və metodik işin müəllifidir.

 

Ailəlidir, iki övladı var.

 

Qazax filialının sabiq direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev yanvar ayında vəfat edib.