Azedu.az

Balakən məktəblərində "Bilik yarışı" keçirildi

Məktəblər

3 Fevral 2019, 16:19
Balakən məktəblərində

Balakən rayon ümumtəhsil məktəbləri şagirdlərinin Qazma kənd 1 nömrəli tam orta məktəbində Qazma zonası üzrə “Bilik yarışı” keçirilib.

AzEdu.az xəbər verir ki, RTŞ-ın məsləhətçisi, təşkilat komitəsinin sədri Cavanşir Alqayev yarışın keçirilməsi qaydası və məqsədi barədə məlumat verib. Yarışda zonanın 6 məktəbinin komandası iştirak edib.

Gərgin keçən bu yarışda Qazma 2 nömrəli kənd tam orta məktəbin komandası I, Qazma 1 nömrəli kənd tam orta məktəbinin komandası II, Sarıbulaq  kənd tam orta məktəbinin komandası III yerləri tutublar.

 I və II yeri tutmuş komandalar  rayon yarımfinalına vəsiqə qazanıblar.

(Azərbaycan müəllimi)

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox