Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-28 15:05:00
Türkiyədə təhsillə bağlı ən çox verilən suallar – Cavablar   

Türkiyədə təhsil sistemi son illərdə çox sürətlə inkişaf edir.

 Son illərdə burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır.

AzEdu.az tələbatı nəzərə alaraq Türkiyədətəhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:

-Türkiyədə  beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr səviyyəsində təhsil almaq üçün hansı imtahanları vermək lazımdır?

-Türkiyədə  beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr səviyyəsində təhsil almaq üçün SAT və YÖS imtahanlarında iştirak etmək lazımdır.

-Türkiyə İstanbul Universitetinin  Tibb ixtisası üzrə ingilis dilində təhsil almaq üçün SAT sertifikatı lazımdır?

-İstanbul Universiteti SAT imtahan sertifikatını qəbul etmir. Universitet öz daxili imtahanı ilə tələbələri qəbul edir

-Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alıram. Türkiyənin Mərmərə Universitetində transfer etmək istəyirəm. Bilmək istərdim ki,  ingilis dili proqramı ilə  qeyri ixtisasda oxumaq üçün IELTS və ya TOEFL imtahan sertifikatları lazımdır?

-Təəssüf ki, transfer mümkün olmur. Orada bakalavr səviyyəsində təhsil üçün  birinci kursdan başlaya bilərsiniz. Mərmərə Universitetində ingilis dili proqramı ilə oxumaq üçün TOEFL sertifikatı gərəklidir. 

-Azərbaycan Dillər Universitetinin Jurnalistika ixtisasının üçüncü kurs tələbəsiyəm. Təhsilimin magistratura səviyyəsini Türkiyədə Ankara və ya İstanbul Dövlət Universitetlərində ictimaiyyətlə əlaqələr, PR ixtisası üzrə almaq istəyirəm. Bilmək istərdim ki, hansı imtahanlara hazırlaşmalıyam?

-Türkiyədə türkcə oxumaq istəyənlər üçün TÖMER və ya ingilis dilində oxumaq istəyənlər isə TOEFL sertifikatı lazımdır. 

-Ege Universitetinə daxil olmaq üçün ingilis dilini bilmədən ALES nəticəsi nə qədər olmalıdır?

-ALES sertifikatı 70+ olmalıdır.

-Türkiyədə siyasi və biznes sahəsində ixtisaslaşan hansı universitetlər var?

-Türkiyədə siyasi İstanbul Şəhər Universiteti, biznes ixtisası üzrə Boğaziçi və ya Koç Universitetində təhsil ala bilərsiniz. 

-SAT 1310, IELTS 6.0 imtahan nəticəsi ilə   iqtisadiyyat və ya beynəlxalq münasibətlər fakültəsi üzrə Azərbaycanda tanınan Türkiyənin hansı universitetləri tələbə qəbulu edə bilər?

-IELTS dil sertifikatını Türkiyənin dövlət universitetlərində tanımır. Ona görə də burada ingilis dilində və ya TOEFL imtahanı verməlisiniz. Bütün universitetlər SAT 1310, IELTS 6.0 nəticəsi ilə tələbə qəbul edə bilər. 

 Qeyd edək ki, sualları “CELT” xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları