Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 16:51:00
Rusiya ali məktəblərinin reytinqi açıqlandı  

Rusiyada ölkənin ali təhsil müəssisələrinin sosial şəbəkələrdə fəallığına dair aparılmış  reytinqin nəticələri açıqlanıb.

“Sosial şəbəkələrdə ali məktəblərin kommunikasiya fəallığına dair reytinq”in tərtibçiləri istifadə olunmuş metodologiya  və tədqiqatın nəticələri barədə məlumat veriblər.  Tərtibçilər qeyd ediblər ki, tədqiqatda ölkənin 21 ali məktəbi iştirak edib.  Bütün ali məktəblər Rusiyanın aparıcı universitetlərinin  dünya elm-təhsil məkanında rəqabət qabiliyyətliliyinin  artırılması üzrə “5-100”  layihəsinin iştirakçılarıdır.

AzEdu.az xəbər verir ki, layihənin tərtibçilərindən “Rusiya bu gün” sosial şəbəkəsinin  rəhbəri Natalya Tyurinanın sözlərinə görə,  hazırda ali məktəb təhsilinin ən əhəmiyyətli problemlərindən biri yaxşı qurulmuş əks-əlaqə sisteminin yoxluğudur:

“Bundan başqa, biz hamımız   bütün tələbələrin öz universitetlərinin  təşəbbüsləri  və  fəallığı  barədə məlumatlı,  həmçinin  bu  və  ya  digər  yeniliklər, innovasiyalar, aksiyalar  haqqında şəxsi fikirlərini söyləmək imkanına malik olmalarının nə qədər əhəmiyyətli olduğunu gözəl anlayırıq.   Və sosial şəbəkələr  bu  problemi  ən  optimal  şəkildə   həll etməyə  qabildirlər”. 

Onun  sözlərinə  görə,  2017-ci ildə aparılmış müzakirələr gedişində məlum  olub  ki,  tələbələr   artıq  çoxdandır  ki,  sosial  şəbəkələrdə  aktiv şəkildə ünsiyyətdədirlər,  cari  problemlərə  dair  müzakirələr  aparırlar, ona görə də hər bir universitetin  onlarla düzgün kommunikasiya sistemi yaratması çox vacibdir.

Tədqiqatdan məlum olub ki,  ali məktəblərin sosial şəbəkələrdə fəallığı “bəyənmə”lərin sayı və əhatəliliyə görə qiymətləndirilib.  Sosial şəbəkələrin çoxluğu nəzərə alınaraq  əsas diqqət 3  şəbəkəyə- Facebook, Tvitter və Vkonkakta yönəlib.

Başlıca meyarlardan biri kimi auditoriyanın əhatə dairəsi, yəni  tələbələrin sayının sosial şəbəkələrdə ali məktəbin akkauntlarının abunəçilərinin  sayına olan nisbəti əsas  qiymətləndirmə kriteriyası kimi götürülüb.  Məlum olub ki, bəzi ali məktəblər şəbəkələrdə çox sayda  postlar yerləşdirir və hətta əgər onlardan yalnız birinə cəmi bir ədəd “bəyənmə” və ya şərh  olsa belə, onlar məhz saylara görə rəqiblərini  keçə bilərlər. Beləliklə də postlardan çox, məlumatın insanlar tərəfindən  fəal şəkildə yayılması və onların tanışlarla müzakirə edilməsi  daha əhəmiyyətli hesab olunub.

Məlum olub ki,  hər ali məktəb şəbəkə həyatının təşkilinə  yanaşmada öz unikal xüsusiyyətlərinə malikdir. Məsələn, tədqiqatlar Rusiya Xalqlar Dostluğu Universitetinin Feysbukun ən çoxsaylı və fəal ingilisdilli auditoriyaya malik,  Ural Federal Universitetin əcnəbi abunəçilərlə işi yaxşı təşkil edən ali məktəb olduğunu üzə çıxarıb. Moskva Fizika Texnika İnstitutu tələbə loyallığına görə lider olması ilə seçilib. Daha az tələbə kontingentinə malik olan Baltik Federal Universiteti isə daha çox postların və  şərhlərin sayına görə fərqlənib.

Azərbaycan müəllimi