Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-16 18:00:00
Təqaüd proqramını qazanan tələbələr martın sonunda Çinə  göndəriləcək

“Çin Xalq Respublikasında təqaüdlü təhsil proqramının seçim  prosesi  martın sonuna qədər yekunlaşacaq”.

 AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Təhsil Tv-də yayımlanan “Həftənin sualı”verilişində deyib. O bildirib ki,  Çin Xalq  Respublikasında təqaüdlü təhsil proqramı üçün  sənədlərin qəbul müddəti bitib.

“Çin Xalq  Respublikasında təqaüdlü təhsil proqramı üçün növbəti həftə artıq seçim mərhələsinə başlayacağıq.  Orada həm  çin həm də ingilis  dillərində tədris mövcuddur. Çində ən müxtəlif sahələr üzrə təhsil almaq olar. Mart ayının sonuna qədər seçim prosesinin yekunlaşdırmağı və namizədlərin  Çinə göndərilməsinə qərarlıyıq”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları