Latviyanın paytaxtı Riqada keçirilən Gənclər Açıq Kuboku turnirində 2007-ci il təvəllüdədək idmançıların yarışları başa çatıb.
AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, ölkəmizi təmsil edən Adil Əhmədzadə (2008) gümüş, Hüseyn Eylazov (2008) isə bürünc medal qazanıb.
Qızların oyunlarında isə Arzu Aslanova (2008) bürünc medala yiyələnib.
Digər yaş qruplarının oyunları 17 fevral tarixinədək davam edəcək.