Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 11:33:00
Azərbaycanlı gənclər IELTS və TOEFL qazanmadan bu xarici universitetlərdə oxuya bilərlər – İngilis dilində  

Bu gün dünya  və Avropanın əksər universitetlərində təhsil almaq istəyən gənclərin qarşısına çıxan əsas öhdəlik  beynəlxalq ingilis dili sertifikatıdır.

Xarici universitetlərdə təhsil almaq istəyən gənclər beynəlxalq dil sertifikatlarından birini almalıdır. Hazırda ingilis dilli təhsil sistemi üzrə ən çox yayılan iki Beynəlxalq dil sertifikatı verən imtahan var. Bunlardan biri IELTS, digəri isə TOEFL imtahanıdır.

Maraqlıdır, bəs IELTS dil sertifikatı olmadan  gənclər hansı xarici ölkələrin universitetlərində təhsil ala  bilərlər?

AzEdu.az bununla bağlı xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyevin fikrini öyrənib.

Fuad Hacıyev açıqlamasında bildirib ki, IELTS dil sertifikatı olmadan hətta İngiltərənin bəzi universitetlərinə də qəbul olmaq olar:

“IELTS dil sertifikatı olmadan Polşa, Latviya, Litva, Estoniya, Moldova kimi ölkələrin universitetlərində  gənclər  təhsil ala bilər.  Eyni zamanda, hətta İngiltərənin City Universitetində belə IELTS dil sertifikatı olmadan təhsil almaq mümkündür”.

Mütəxəssisin sözlərinə görə,  gənclər Hollandiya və Macarıstanda da IELTS dil sertifikatı olmadan təhsil ala bilərlər.

“Hollandiya və Macarıstanda “foundation”(ingilis dili təhsili) şərti ilə IELTS dil sertifikatı olmadan təhsil almaq olar. Onu qeyd edim ki, dil biliyi sertifikatı olmayanlar ən pis halda 1 il “foundation” (ingilis dili təhsili)  oxuya bilərlər.  Xaricdə oxumaq  istəyənlər ingilis dili üzrə bakalavr təhsili alıblarsa  o zaman yalnız diplom təqdim etmələri kifayətdir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları