Azedu.az

Məktəbdə silahlı insident oldu

Məktəblər

14 Fevral 2019, 23:24
Məktəbdə silahlı insident oldu

ABŞ Nyu-Meksiko ştatının Albukerke şəhərində yerləşən məktəblərdən birində silahlı atışma baş verib. AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, gənclərdən birinin məktəbdə odlu silahdan atəş açması barədə polisə məlumat daxil olub.

Hadisə yerinə yollanan polis əməkdaşları insident nəticəsində zərər çəkənin olmadığını bildiriblər.

Atəş açan şəxs saxlanılıb. Hadisənin digər təfərrüatları məlum deyil.

İran viran olur! SAVAŞ BÖYÜYÜR - Bu ölkələr də müharibəyə qoşulur
Son xəbərlərDaha çox