Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 14:53:00
“14 fevralda oğlanlar, bir ay sonra isə qızlar hədiyyə verirlər” – Xaricdəki  tələbələrimizin təəssüratları  

14 fevral dünyanın bir sıra ölkələrində Sevgililər günü kimi qeyd olunur.

Maraqlıdır, bəs dünya ölkələrində gənclər Sevgililər gününü necə dəyərləndirir?

AzEdu.az bununla bağlı xaricdə təhsil alan həmyerlilərimizin fikrini öyrənib:

Niderlandın Tilburq Universitetində təhsil alan Səbuhi Osmanov:

“Niderlandda 14 fevral Sevgililər günü düşünüldüyü kimi geniş şəkildə qeyd olunmur. Gənclər adətən, gül, şokolad alıb,  xüsusi hədiyyələrlə bir-birlərini sevindirirlər.

Onu da qeyd edim ki, niderlandlılar çox pul xərcləməyi sevmirlər. Məhz ona görə dəsevgililəri ilə vaxt keçirməyi onlara  hədiyyə almaqdan daha üstün tuturlar. Ümumiyyətlə, Niderlandda Sevgililər günü əksər Qərb ölkələrindəki kimi təntənəli şəkildə qeyd olunmur”.

Cənubi Koreyanın Hankuk Xarici Dillər Universitetində  təhsil alan Nurlana Məmmədova:

“Avropa ölkələrində olduğu kimi Cənubi Koreya Respublikasında da 14 fevral  Sevgililər günü qeyd olunur. Sevgililər günü 1990-ci illərə qədər  gənclərin xüsusilə qızların sevib-seçdiyi oğlana hədiyyə verdiyi gün kimi qeyd olunurdu. Daha sonra  oğlanların qız dostlarına olan sevgisini etiraf edib, dəyərli və özəl hədiyyə aldığı günə çevrildi. Sevgililər günündə koreyalı gənclər hədiyyə  olaraq əsasən bir-birilərinə daha çox şokolad verməyi üstün tuturlar. Onu da qeyd edim ki, gənclər gül dəstəsi və ya bir çox ölkədə olduğu kimi  sevimli oyuncaqlar verməklə qarşı tərəfi məmnun etməyə çalışırlar.

Cənubi Koreyada artıq kapitalist  cəmiyyət formalaşdığından hiss və duyğusallıq arxa plana keçməyə başlayıb.Burada ən önəmlisi  oğlanların qız dostlarına aldıqları hədiyyədir.Çünki,  1 ay sonra yəni martın 14-ü qarşılıqlı olaraq qızlar öz oğlan sevgilisinə alacağı hədiyyəni müəyyən edirlər. Martın 14-ü  Cənubi Koreyada  “White day” (Bəyaz Gün)keçirilir.Yəni, qızların oğlan dostlarına  hədiyyə verdiyi gündür.Bəzi  Asiya ölkələrindən fərqli olaraq Cənubi Koreyada bu günləri sevgililər çox səbirsizliklə gözləyirlər”.

Çinin Xiamen Universitetində təhsil alan Sadiq Əhmədsoy:

“Beynəlxalq əhəmiyyətli günlərin bir çoxu Çinin daha çox inkişaf etmiş şəhərlərində qeyd olunur. Çində Sevgililər günü digər ölkələrdə qeyd olunduğu kimi keçirilir.    Burada gənclər bir-birilərinə hədiyyə verərək və ya birlikdə kinoteatra, restorana, əyləncə mərkəzlərinə gedərək vaxtlarını keçirirlər”.

Qeyd edək ki,  Azərbaycanda milli Sevgililər Günü 30 iyun qeyd olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları