Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 12:26:38
Oğlanları geridə qoyan, tullantılardan möcüzələr hazırlayan gənc qaynaqçı qız – Peşə məktəbindən reportaj  

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan rasionallaşdırma prosesinə uyğun olaraq, 4, 14 nömrəli peşə liseyləri və 12 nömrəli peşə məktəbinin bazasında yaradılıb. 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyi  adıçəkilən peşə təhsili  müəssisələrinin birinə   mediatur  keçirib.

 

Mediaturda  olduğumuz  4 saylı peşə liseyində maraqlı müəllim və tələbə kollektivi ilə qarşılaşdıq. 

Bakı 4 saylı peşə liseyinin  II  kurs tələbəsi Hüseynova Kifayət qızların çox da müraciət etmədiyi  bir sənət seçib. Qaynaqçı peşəsini öyrənən Kifayət çətinlikləri olsa da seçdiyi peşədən çox razıdır. Qrup yoldaşları ilə arası yaxşıdı, hətta 16 qardaşı varmış kimi hiss edir: 

“Bu peşəyə maraq məndə uşaqlıqdan yaranıb. Dayım qaynaqçı idi. Uşaq vaxtı onun yanında gördüyü işə baxırdım və çox maraqlı gəlirdi ki, bune necə bacarırlar?  Düşündüm, bəlkə mən də qaynaqçı olum və bura gəldim. Hazırda da heç peşman deyiləm. 

Ailəm əvvəllər narazılıq etsə də məndəki həvəsin böyüklüyünü görüb razı oldular. Təzə başlayanda çətinliklərim oldu. Balağa müəllimin mənə böyük köməyi dəyib. O, həmişə mənə deyirdi ki, çox çalışsam, hər şey yaxşı olacaq. Mən də elə etdim və dediyi kimi də oldu. Hazırda da hər hansı bir çətinliyim olanda qrup yoldaşlarım köməklik edir. Hamısı mənə qardaş kimi davranır. Sanki bir bacım, 16 qardaşım var.

Biz hər bayram ərəfəsində  dəmir, polad materiallardan  həmin bayrama uyğun müxtəlif  aksesuarlar düzəldirik.

 

Keçən il Aytac xanımın məsləhəti ilə yarışa qatıldım. İnsanların ətrafa atdığı  yararsız dəmir tullantılardan gül qabları, zibil qabları və s. kimi lazımı əşyalar hazırlamaqla I  yeri tutdum”. 

Kifayətin sevimli müəllimi Balağa Orucovla da həmsöhbət olduq. Tələbəsindən tam razı olan müəllim, onun  qız olmasına baxmayaraq qrup yoldaşlarından heç də geri qalmadığını deyir: 

“1970-ci ildən burada işləyirəm. Hazırda dərs dediyim qrupda 17-18 yaşlarında 17 tələbə oxuyur. Onlar içində tək qız Kifayət olsa da heç də oğlanlardan geri qalmır. Hətta deyərdim ki, bəzi oğlanlar ona çatmaqda çətinlik çəkirlər. Kifayət kimi qız tələbəmiz sovet dövründə olub”. 

Bakı 4 saylı peşə liseyinin elektrik hava xətlərinin quraşdırılması ixtisası üzrə 2-ci kurs tələbəsi Əliyev Malik ideyası ilə yarışlarda birincilik qaznıb. O hətta gələcəkdə Azərbaycanı havva vasitəsilə internetlə təmin etməyin yolunu da tapıb:

“2-ci kurs elektrik hava xətlərinin quraşdırılması üzrə oxuyuram. İdeyam ilə Bakı Mühəndislik Universitetində keçirilən ideya yarışında qalib olmuşam.Mənim ideyam əsası maşınlarda yanacaq istifadəsini azaldaraq, su vasitəsilə mühərriklərin işlədilməsindən ibarətdir. Bu ideya ona görə birinci yerə çıxdı ki,  həm yanacağa qənaət, həm də ekoloji təmizliyə şərait yaradır

Gələcəklə bağlı belə bir ideyam da var. Hazırda internet çox istifadə olunur, düzdü, indi Azərbaycanda internet var amma bu fiziki formada kabellər vasitəsilə var. Bununla bağlı belə bir ideyam var ki, birbaşa peyk vasitəsilə heç olmasa Bakıda kabelsiz hava ilə internet çəkə bilərik. Bunun üçün xüsusi şirkətlər var.Bunun üçün bizim də peykimiz roketlər var. Məndə ideya var amma bu sahəni çox da dərinliyinə kimi bilmirəm. ideyamı həyata keçirmək üçün mənə mühəndis vəmodul lazımdır. Biz peyk vasitıəsilə telefonla danışa biliriksə deməli internetdən dəistifadə edəbilərik. Beləliklə ölkədə internet təminatının iqtisadi səmərəliliyini təmin etmək olar”.

 

Hacıyev Qədir öyrənməyin yaşı yoxdur deyərək 50 yaşında tələbə adı alıb. Hazırda 4 saylı Bakı peşə liseyində oxuyur. O, qrup yoldaşlarından da müəllimlərindən də razı olduğunu deyir:

“Özüm əslində kran sürücüsü işləyirəm. işimdə müəyyən müddətlik fasilə yarandı mən də qərara gəldim ki, bu vaxtı boş yerə keçirmək əvəzinə nəsə yeni bir sənət öyrənim. Hazırda suvaqçılıq sənəti üzrə təhsil alıram. Hələki nəzəri dərsləri keçirik. Işi dərəcədə yaxşı bacardığımı praktiki dərslərə keçdiyimiz zaman görəcəm. Hələki müəllimlərdən və qrup yoldaşlarımdan tam razıyam”.

Rəna Nəbi