Azedu.az

Dövlət qulluğu üzrə  müsahibədə 63 nəfər uğur qazandı

Dövlət qulluğu

2 Fevral 2019, 11:32
Dövlət qulluğu üzrə  müsahibədə 63 nəfər uğur qazandı

Dövlət İmtahan Mərkəzi tərəfindən ötən il noyabrın 27-də elan olunan 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə yekunlaşıb.

DİM-dən AzEdu.az-a bildiriblər ki, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Müsahibədə iştirak edənlərdən 63 nəfər vəzifəyə uyğun bilinib. Uğur qazananların 49-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, 4-ü Dövlət Turizm Agentliyini, 4-ü Maliyyə Nazirliyini, 3-ü Energetika Nazirliyini, 2-si Ali Attestasiya Komissiyasını, 1-i isə Sumqayıt Apellyasiya Məhkəməsini seçib.

Qeyd edək ki, müsahibəyə mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 65 vakant vəzifə çıxarılıb.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox