Azedu.az

Bu il ali məktəblərə qəbul aparılacaq ixtisasların sayı açıqlandı    

29 Yanvar 2019, 15:57
Bu il ali məktəblərə qəbul aparılacaq ixtisasların sayı açıqlandı    

2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların sayı açıqlanıb. 

Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi "Abituriyent 1" jurnalında dərc olunub.

AzEdu.az xəbər verir ki,  2019-cu ildə ali məktəblərə I qrup üzrə 84 , II qrupa 22, III qrupda isə 27 ixtisas üzrə qəbul aparılacaq.

Həmçinin IV qrup üzrə 18, V qrupda isə 23 ixtisasa qəbul aparılacaq.

Qeyd edək ki, I ixtisas qrupunda informasiya texnologiyaları və sistem mühəndisliyi ixtisası üzrə qəbul aparılmayacaq. Çünki bu ixtisas ləğv edilib, III ixtisas qrupu üzrə isə İslamşünaslıq ixtisası əlavə olunub.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox