Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 13:30:41
Kəlbəcərdən nə yazdılar? - Tanınmışların statusları

Kəlbəcərin işğalının 25 ili sosial şəbəkələrdə də diqqətdən kənarda qalmayıb. İllər öncə yaşanan dəhşətli faciə ilə bağlı bir sıra tanınmış şəxsiyyətlər, millət vəkilləri, jurnalistlər şəxsi feysbuk hesablarında müxtəlif paylaşımlar ediblər.

AzEDU həmin paylaşımlardan ən yadda qalanlarını diqqətə çatdırır:

Millət vəkili Qənirə Paşayeva:

“2 Aprel həyatımıza ağır bir gün kimi daxil olub.Qədim və gözəl Kəlbəcərimizin işğalçı Ermənistan tərəfindən işğal olunduğu gündür. Nur içində yatsın şəhidlərimiz. İnşallah qanları yerdə qalmayacaq və Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşərək torpaqlarımızı işğaldan azad edəcəyik və gözəl Kəlbəcərimizdə də müqəddəs bayrağımız təkrar dalğalanacaq, insanlarımız öz evlərinə geri dönəcək.

Qanira1509454579.jpg

Belə deyərdi Sücayət:

Mənim ürəyimdir, mənim canımdır,

Düşmən süngüsündən keçən Kəlbəcər.

İndi onnan-bunnan imdad gözləyir

Aqili nadandan seçən Kəlbəcər...

Tərtər qəmli-qəmli axar, sızıldar,

Dağlar gözlərini sıxar, sızıldar,

Dağılmış evlərə baxar, sızıldar,

Əsir düşüb, zəhər içən Kəlbəcər.

Sücaət, neyləyək, baxt belə baxtdı,

Darıxma, hər şeyi həll edən vaxtdı.

Bir gün gülə-gülə qayıdacaxdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər..”

1465821712.jpg

Şair-publisist Əkbər Qoşalı:

2 aprel- Kəlbəcərimizin işğal günü paytaxtdan yayımlanan tv ekranında "Ölərsənmi sevsən məni"... "şen heyatı".

sekil.png

Filologiya üzrə fəlsəfə doktoru, şair Ələmdar Cabbarlı:

“Kəlbəcər uğrunda döyüşlərdə şəhid olan xalqımızın igid oğlu Mahir Quliyevi rəhmətlə anırıq”.

9f9ceab2279016bd1d7a7bc3979ddafc.jpg

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl:

“31 martda soyqırım qurbanlarına ağlayırdıq, bu gün Kəlbəcər və Aprel şəhidlərinə. Dünənsə ATV-nin "Zaurla Günaydın", Xəzər TV-nin "Obaşdannan" və "Space"in "Ad günü" verilişlərində çal-çağır idi. Əli Kərim demişkən, daha heç nə demirəm - nöqtə, nöqtə və nöqtə...”.

elsad-eyvazli.jpg

Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı:

“Kəlbəcərin işğalının 25 yaşı tamam olur... 25 yaş... Başa düşürsünüz?

Nəyi xatırladım, bilirsiniz, orta məktəbdə Araz çayı, Təbriz mövzularını.

Nəsə mənə məktəb dövründən elə gəlirdi ki, bizim müəllimlər Araz, Təbriz dərdindən həzz alırlar...

İndi məni qorxudan Qarabağ dərdindən az qala həzz almağımızdır.

25 illik dərd olmaz, bu əjdahalaşmış yaradır.

Yazıq deyilikmi...?

Bu 25 ildə İlk dəfədir ki, Kəlbəcərin işğal günü tək iş otağındayam.

Qorxuram, qorxuram ki, qatılacağım tədbirlərdə Kəlbəcər dərdindən həzz alam».

Beynalxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin sədri Zaur Qəriboğlu:

“Çay üstündə qala-Kəlbəcər”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları