Azedu.az

Sahibsiz it beşinci sinif şagirdinə hücum etdi

Xəbərlər

2 Aprel 2026, 20:19
Sahibsiz it beşinci sinif şagirdinə hücum etdi

Biləsuvar rayonunda 10 yaşlı oğlanı it dişləyib.

AzEdu.az xəbər verir ki, hadisə Biləsuvar şəhərinin mərkəzində baş verib.

Rayon sakini, 5-ci sinif şagirdi olan 2016-cı il təvəllüdlü oğlan yaşadığı evdən çıxıb məktəbə gedərkən qəfil küçə itinin hücumuna məruz qalıb. Sahibsiz it məktəbliyə ayaq nahiyəsindən xəsarət yetirib.

Şagird Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Paşinyan özündən çıxdı - Putinin önündə qələmi masaya çırpdı
Son xəbərlərDaha çox