Azedu.az

Qəzalı məktəbdə tədris DAYANDIRILDI

Məktəblər

1 Aprel 2026, 13:22
Qəzalı məktəbdə tədris DAYANDIRILDI

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə texniki baxış zamanı binanın divarlarında çatlar aşkar edilib.

AzEdu.az-a verilən məlumata görə, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib. Bu səbəbdən 1 aprel 2026-cı il tarixindən etibarən məktəbin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Tədris prosesinin fasiləsiz davam etməsi üçün şagirdlər yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilib və dərslərə cəlb olunublar.

Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi aidiyyəti qurumlarla birgə hadisənin səbəblərini araşdırır, eyni zamanda zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər görür.

Qurumdan bildirilib ki, vəziyyət nəzarətdə saxlanılır və görülən işlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox