Azedu.az

Azərbaycanda yaşayan yəhudilər: neçə nəfər ali təhsillidir?

Xəbərlər

26 Mart 2026, 17:09
Azərbaycanda yaşayan yəhudilər: neçə nəfər ali təhsillidir?

Əhalinin son siyahıya alınmasına əsasən Azərbaycanda ümumilikdə, 5 min 94 yəhudi məskunlaşıb.

AzEdu.az ölkəmizdə məskunlaşan yəhudilərin təhsilini araşdırıb. 

Azərbaycanda yaşayan 5 min 94 yəhudinin 2 min 729-u kişi, 2 min 365-i isə qadındır. Onların 5 min 50-si şəhər, 44-ü isə kənd əhalisidir. Bu xalqın Azərbaycanda yaşayan nümayəndələrinin 675-i ali təhsillidir. Onların 16-sı doktrantura, 394-ü magistratura, 265-i isə bakalavr məzunudur. Azərbaycanda yaşayan yəhudilər arasında 341-i orta ixtisas təhsilli, 305-i peşə təhsillidir. Ümumi təhsilli olanların sayı isə 3 min 279-dur. Ölkəmizdə yaşayan və təhsil almayan yəhudilərin sayı isə 5-dir.

Yəhudilərin böyük əksəriyyəti – 4901 nəfər – öz milli (etnik) dilinə mənsub olduğunu qeyd edir. Bununla yanaşı, icma daxilində Azərbaycan dili də geniş istifadə olunur və 4695 nəfər bu dildə sərbəst danışır.

Dil göstəricilərinə əsasən, yəhudi icmasında çoxdilli mühitin formalaşdığı aydın görünür. Belə ki, 3610 nəfər rus dilini, 433 nəfər ingilis dilini bilir, az sayda insan isə digər dillərdə danışa bilir. Bu mənzərə icmanın həm tarixi proseslər, həm də müasir dövrdə müxtəlif mədəni və sosial mühitlərlə sıx əlaqədə olduğunu göstərir.

TƏCİLİ! Orduya əmr verildi - İrana hücum başlayır
Son xəbərlərDaha çox