Azedu.az

Məktəbdə insident: şagird müəllimə atəş AÇIB

Xəbərlər

26 Mart 2026, 10:42
Məktəbdə insident: şagird müəllimə atəş AÇIB

Rusiyanın Çelyabinsk şəhərinin Leninski rayonunda yerləşən məktəblərdən birində fövqəladə hadisə baş verib.

AzEdu.az xəbər verir ki, yerli "74.RU" portalının məlumatında bildirilir ki, hadisə səbəbindən şagirdlər təcili şəkildə evə buraxılıb. Məktəbin ərazisinə təcili tibbi yardım briqadaları, fövqəladə hallar və polis əməkdaşları cəlb olunub.

Valideynlərin sözlərinə görə, məktəbdə oxuyan şagird müəllimə hücum edib və arbaletdən atəş açıb. Lakin atəş nəticəsində müəllim deyil, bir şagird yaralanıb.

Bildirilir ki, hadisəni törədən şəxs daha sonra məktəb binasının pəncərəsindən özünü atıb.

Şagirdlər həmçinin boğazda qıcıqlanma hiss etdiklərini bildiriblər. Ehtimal olunur ki, hadisə zamanı bibər qazı istifadə edilib. Qeyd olunur ki, bəzi şagirdlər bir müddət sinif otağında barrikada quraraq gizlənmək məcburiyyətində qalıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏCİLİ! Orduya əmr verildi - İrana hücum başlayır
Son xəbərlərDaha çox