Azedu.az

Lənkəran-Astara regionunun "Örnək müəllim"ləri-ADLAR

Lənkəran-Astara

20 Mart 2026, 13:44
Lənkəran-Astara regionunun "Örnək müəllim"ləri-ADLAR

AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.

Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.

Fəaliyyət coğrafiyası Lənkəran-Astara regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:

1. Samir Quliyev - Masallı rayonu, S. Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbdə Riyaziyyat və informatika müəllimi;

2. Şəbnəm Cəfərli - Lənkəran rayonu,  Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin Biologiya müəllimi;

3. Günel Səfərova - Lənkəran rayonu, Ədalət Hüseynov adına Vilvan kənd tam orta ümumtəhsil məktəbində İbtidai sinif müəllimi;

4. Firuzə Mirzəyeva - Astara rayon Şahin Əliyev adına Rüdəkənar məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;

5. Azad Mustafayev - Masallı şəhəri, N.Nərimanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi;

6. Rəvan İmanov - Cəlilabad şəhəri, Ş.İ.Xətai adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi;

7. Günel Aslanlı - Lənkəran rayonu, Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;

8. Könül Əliyeva - Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada ibtidai sinif müəllimi;

9. Əsmər Adgözəlova – Masallı rayonu, Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin Riyaziyyat müəllimi;

10. Fərman Mustafayev - Yardımlı rayonu, F.A. Masiyev adına Gavran kənd tam orta məktəbində Çağırışaqədərki hazırlıq müəllimi.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox