Azedu.az

LDU-da bayram ovqatlı Novruz şənliyi

Universitetlər

19 Mart 2026, 09:02
LDU-da bayram ovqatlı Novruz şənliyi

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl milli bayramı olan Novruzun gəlişi xoş bayram ovqatı ilə qeyd edilib.

AzEdu.az xəbər verir ki, Bayramsayağı bəzədilmiş LDU-nun Böyük akt zalı universitetin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. 

Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox