Azedu.az

İmişli məktəbində hicablı şagirdlər dərsə buraxılmır?

Xəbərlər

11 Mart 2026, 17:19
İmişli məktəbində hicablı şagirdlər dərsə buraxılmır?

İmişli rayonunda yerləşən 8 saylı tam orta məktəbdə hicablı qız şagirdlərinin dərsə buraxılmaması ilə bağlı iddialar ictimaiyyətdə müzakirə mövzusuna çevrilib.

Yayılan məlumatlara görə, bəzi hicablı şagirdlər məktəbin girişində saxlanılaraq dərs prosesində iştirak etmələrinə icazə verilməyib.

İddialarda məktəbin direktoru Rəna Quliyevanın adı da hallandırılır.

Sözügedən məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Lakin qurum məsələ ilə bağlı daxil olan sorğunu cavablandırmayıb və hələ ki, heç bir rəsmi mövqe bildirməyib.

ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var
Son xəbərlərDaha çox