Təhsil naziri 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını ziyarət ziyarət edib.
AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid kapitan Cavid Bayramlının anası Sədaqət Rüstəmovanı, şəhid mayor Vüsal Vəliyevin anası, Mədinə Vəliyevanı və leytenant Vəli Quliyevin anası Həqiqət Quliyevanı evlərində ziyarət edib, onlara bayram təbrikləri çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Təhsil İşçiləri Həmkarlar İttifaqları təşkilatının birgə təşkilatçılığı ilə baş tutan görüşdə şəhid analarına hədiyyələr təqdim olunub.
Təhsil Naziri Elxan Nəcəfov bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən ölkə başçısının tapşırıqlarına uyğun həyata keçirilən sosial layihələr və tədbirlər də şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Görüşdə şəhidlərin ailə üzvləri tərəfindən onların keçdiyi döyüş yolu barədə danışılıb. Şəhid anaları göstərilən diqqətə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.