Azedu.az

Bu qidalar uşaqların davranışına təsir edir

Xəbərlər

8 Mart 2026, 16:26
Bu qidalar uşaqların davranışına təsir edir

Alimlərin apardığı yeni araşdırma ultra-emal olunmuş qidaların uşaqların davranışına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat nəticələrinə görə, erkən yaşlarda bu tip qidaları tez-tez qəbul edən uşaqlarda sonrakı dövrlərdə davranış və emosional problemlərin yaranma ehtimalı daha yüksək olur.

Alimlər bildirirlər ki, çips, qazlı içkilər, hazır şirniyyatlar və digər ultra-emal olunmuş məhsulların tərkibindəki yüksək şəkər, duz və müxtəlif qatqı maddələri uşaqların beyin inkişafına və emosional vəziyyətinə təsir göstərə bilər.

Araşdırma müəllifləri valideynlərə uşaqların qidalanmasına xüsusi diqqət yetirməyi, daha çox təbii və balanslı qidalara üstünlük verməyi tövsiyə edirlər.

Qeyd olunur ki, sağlam qidalanma uşaqların həm fiziki inkişafı, həm də davranış və psixoloji vəziyyəti üçün mühüm rol oynayır.

Təcili! İran Türkiyəni ballistik raketlə vurdu - Ordu hərəkətə keçir?
Son xəbərlərDaha çox