Azedu.az

3-cü kurs tələbəsi BIÇAQLANDI

Xəbərlər

27 Fevral 2026, 23:20
3-cü kurs tələbəsi BIÇAQLANDI

İstanbulda yerləşən özəl universitetlərin birində iki tələbə arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

AzEdu.az xarici mediaya istinadən  xəbər verir ki, əczaçılıq fakültəsinin 3-cü kurs tələbəsi Serhan M. ilə eyni fakültədə oxuyan Ferhat D. arasında semestr işi ilə bağlı mübahisə yaranıb. Ferhat D. qarşı tərəfi yanğın pilləkəninə çağıraraq onu 4 dəfə bıçaqlayıb.

Ağır yaralanan tələbə təcili olaraq xəstəxanaya çatdırılıb. Əməliyyat olunsa da, vəziyyəti yenidən ağırlaşıb, daxili qanaxma səbəbindən ikinci dəfə əməliyyata alınıb və reanimasiyada süni tənəffüs aparatına qoşulub.

Hadisədən sonra qaçan şübhəli polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə “qəsdən xəsarət yetirmə” maddəsi ilə həbs edilib. 

İranla sərhədimizdə gərginlik - Silahlar işə düşdü
Son xəbərlərDaha çox