Azedu.az

“Rəqəmsal məktəb”- direktorla ünsiyyətin daha asan yolu

Bakı şəhəri üzrə Təhsil İdarəsi

27 Fevral 2026, 11:03
“Rəqəmsal məktəb”- direktorla ünsiyyətin daha asan yolu

“Rəqəmsal məktəb” platformasının (//www.digital.edu.az/) “Direktor qəbulu” bölməsi valideynlərin məktəb rəhbəri ilə öncədən görüş təyin etməsinə imkan yaradır.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

Valideynlər şəxsi kabinetə daxil olaraq uyğun gün və saatda görüş üçün müraciət göndərə bilirlər.

Qeyd edək ki, “Direktor qəbulu” bölməsi valideynlərlə məktəb rəhbərliyi arasında ünsiyyəti asanlaşdırmaq, müraciətlərin sistemli şəkildə idarə olunmasını təmin etmək və görüşlərin daha şəffaf, planlı formada həyata keçirilməsinə şərait yaratmaq məqsədini daşıyır.

Üçüncü dünya müharibəsi başladı - Azərbaycan da qoşulur?
Son xəbərlərDaha çox