Azedu.az

16 yaşdan kiçiklərə enerji içkisi satışı dayandırıla bilər

Xəbərlər

25 Fevral 2026, 16:15
16 yaşdan kiçiklərə enerji içkisi satışı dayandırıla bilər

İspaniya hökuməti, 16 yaşdan kiçik uşaqlara enerji içkilərinin satışının və 18 yaşdan kiçiklərə çox kofein tərkibli içkilərin satışının qadağan edilməsi üçün işlərə başlayıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım, İspaniya Səhiyyə və İstehlak Nazirliklərinin birgə hazırladığı yeni tənzimləmə layihəsi çərçivəsində atılacaq.

Səhiyyə Nazirliyi yayımladığı hesabatda, enerji içkilərinin gənclər arasında səbəb ola biləcəyi yuxusuzluq, narahatlıq kimi sağlamlıq problemlərinin geniş şəkildə bilinmədiyini vurğulayıb. Rəqəmlərə görə, İspaniyada 14-18 yaş arasındakı uşaqların 38,4%-i son bir ayda ən az bir enerji içib.

Hökumət, bu yeni tənzimləmənin cəmiyyətdə geniş dəstək alacağını vətəndaşların əksəriyyətinin, yeniyetmələrə enerji içkisi istehlakının məhdudlaşdırılmasını dəstəklədiyini bildirib. İspaniya Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin (AESAN) sorğusuna əsasən, əhalinin 90%-i bu qadağanı dəstəkləyir.

 

Efirlərdəki BİABIRÇILIQ YIĞIŞDIRILIR - Alimlərimiz iclasda yatdı
Son xəbərlərDaha çox