Azedu.az

Məktəblilər əməyin mühafizəsinə dair maarifləndirilir

Paytaxt təhsili

Bakı şəhəri üzrə Təhsil İdarəsi

24 Fevral 2026, 10:57
Məktəblilər əməyin mühafizəsinə dair maarifləndirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilir.

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə 1000-ə yaxın şagird iştirak edib.

Tədbir çərçivəsində şagirdlərə əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi, eləcə də əmək fəaliyyətinə dair hüquq və vəzifələr barədə məlumat verilib. Eyni zamanda yeni qəbul olunmuş standartlar və təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələlərinə toxunulub.

Bildirilib ki, əməyin mühafizəsi qaydalarına əməl olunması sağlamlığın qorunması və təhlükəsiz əmək mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonda mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

GƏRGİNLİK ARTDI! Soydaşlarımız təhlükədə -Quru sərhədlər nə vaxt açılır?
Son xəbərlərDaha çox