Azedu.az

ABŞ Ədliyyə Nazirliyi Harvard Universitetini məhkəməyə verdi

Xəbərlər

14 Fevral 2026, 14:36
ABŞ Ədliyyə Nazirliyi Harvard Universitetini məhkəməyə verdi

ABŞ-da təhsil sahəsində qalmaqal yaşanır. United States Department of Justice Harvard University-yə qarşı məhkəmə iddiası qaldırıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, iddiada universitetin tələbə qəbulu ilə bağlı tələb olunan sənədləri təqdim etmədiyi bildirilir. Nazirlik qəbul prosesinə dair məlumatların açıqlanmasının vacib olduğunu vurğulayır.

Məsələ ölkədə ali təhsil müəssisələrində şəffaflıq və qəbul siyasətinin ədalətliliyi ilə bağlı geniş müzakirələrə səbəb olub. Harvard tərəfi isə iddialara münasibət bildirəcəyini açıqlayıb.

Rus agentləri vurulur - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox