Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-11 13:36:12
Rektor müəllimləri topladı, tapşırıqlar verdi   

Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının iclası keçirilib.

AzEdu.az xəbər verir ki, bütün srtuktur bölmələrdə çalışan əməkdaşların, müəllim və tələbə ictimai təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi iclasda institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirib ki, 2018-ci il Naxçıvan Müəllimlər İnstitutunun tarixində bir çox əlamətdar hadisələrlə yadda qalıb.

İlin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri çərçivəsində Naxçıvan Müəllimlər  İnstitutunun  yeni tədris kompleksinin açılışında  iştirak etməsi olub.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev və çıxış edən digər məruzəçilər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayıblar.

Qeyd olunub ki, hesabat ilində bütövlükdə muxtar respublikada olduğu kimi Naxçıvan Müəllimlər İnstitutunda da təhsilin maddi-texniki bazasının yenidən qurulması və ya əsaslı şəkildə möhkəmləndirilməsi, yeni texnologiyalara tədris prosesində geniş yer verilməsi və digər istiqamətlərdə görülmüş işlər dəyərləndirilib, qarşıda duran vəzifələr dəqiqləşdirilib.

Bu gün Naxçıvan Müəllimlər İnstitutu ali təhsilin bakalavriat və magistratura səviyyələrində yüksək ixtisaslı kadr hazırlığı ilə məşğul olur. Hesabat ilində bakalavriat səviyyəsində daha 2 ixtisas üzrə müəllim hazırlığına başlayan bu ali məktəb gələcəkdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi, xarici ölkə vətəndaşlarını ali və əlavə təhsilə cəlb etməyi də planlaşdırır. Müzakirələrdə elmi-tədqiqat sahəsində görülmüş işlərdən də ətraflı bəhs edilib. Bildirilib ki, 7 nəfər elmlər və 40 nəfər fəlsəfə dokrunun da çalışdığı institut əməkdaşları xaricdə və ölkə daxilində nufuzlu jurnal və məcmuələrdə xeyli məqalə və materiallar nəşr etdiriblər.  Tədqiqatçılardan 6 nəfəri elmi dərəcə almaq üçün dissertasiyalarını müdafiə edib.

İclasda institutun digər sahələrindəki vəziyyəti də təhlil olunub. 2019-cu il üçün fəaliyyət planı qəbul edilib.