Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
AzEdu.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyindən məlumat verilib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
10:29
Bakıda liseydə şagird müəllimini güllələyib.
AzEdu.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib.
Məlumata görə, 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
(mənbə:unikal.az)