Azedu.az

1000-dən çox namizəd dövlət qulluğuna imtahan verəcək

Dövlət qulluğu

3 Fevral 2026, 11:33
1000-dən çox namizəd dövlət qulluğuna imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, BB vəzifə altqrupu üzrə test imtahanında iştirak üçün 854 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İmtahan saat 10:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 5, BA qrupu üzrə 42, BB qrupu üzrə isə 110 olmaqla, ümumilikdə 160 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları bu linkə daxil olub "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün 12 imtahan rəhbəri, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox