Azedu.az

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Xəbərlər

2 Fevral 2026, 10:42
Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumu keçirilir.

AzEdu.az xəbər verir ki, əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanladığı müraciəti səsləndirib.

Tədbirdə dövlət başçısının yanvarın 30-da imzaladığı "2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncamla Prezident mükafatlarına layiq görülmüş gənclərə mükafatlar təqdim ediləcək.

Putinin generalı G*ÜLLƏLƏNDİ - Rusiyada ara qarışır
Son xəbərlərDaha çox