2019-01-10 11:24:00
Nəsiman Yaqublu BDU-nun ilk tələbə və müəllimləri ilə bağlı kitab yazır:– “Çox maraqlı olacaq...”
“Bakı Dövlət Universitetinin yaradılması Azərbaycan Cümhuriyyətinin xalqımıza ən böyük hədiyyəsidir.
Bu universitetin yaradılması ilə Azərbaycan Cümhuriyyətinin yaradıcıları sübut etdilər ki, onlar həm də elmi əsaslarla inkişaf edən bir cəmiyyət qurdular. Bu da dövlətimiz üçün çox əhəmiyyətlidir”.
AzEdu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tarixçi alim Nəsiman Yaqublu deyib.
Qeyd edək ki, bu il nüfuzlu elm və təhsil ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur.
Universitetin yubileyi ilə bağlı danışan N.Yaqublu öz maraqlı təklifini də bizimlə bölüşdü:
“Universitetin ilk tələbələri, müəllimləri haqqında bir kitab yazmağı düşünürəm. İlk tələbələri, müəllimləri kimlər olub, tədris proqramı necə olub, hansı dərslər keçirilib?!
O tələbələrin bəziləri Azərbaycan Sovet işğalına məruz qaldıqdan sonra xarici ölkələrə gediblər. Onların müəyyən xatirələri, yazıları var. Onları da kitaba daxil etməyi düşünürəm. Artıq araşdırmalara başlamışam.
Lakin kitabın nəşrinə kimin köməklik edəcəyini hələ bilmirəm. Bu məsələ hələ ki, həll edilməyib. Bu məsələni də həll etsəm, çalışmalarımı tamamlayacağam. Düşünürəm ki, bu kitab oxucular tərəfindən çox böyük maraqla qarşılanar və dövlətimiz üçün də faydalı olar”.
Məhəmməd Əmin Rəsulzadə kimi bir şəxsiyyətin Bakı Dövlət Universitetində müəllim kimi çalışmasını və Osmanlı ədəbiyyatından dərs deməsini vurğulayan tarixçi bir arzusunu da dilə gətirdi:
“Universitetin qarşısında kiril hərfləri ilə M.Ə. Rəsulzadənin büstünün qoyulacağı elanı var. Arzu edirəm ki, yaxın illərdə bu elan gerçəkləşsin. Heç olmasa, o elan latın əlifbasına çevrilsin”.
Bu bölməyə aid digər xəbərlər
Sabah 30 dərəcə isti olacaq
2024-04-20 12:12:38
“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsindən 6 məktəbli uğur qazanıb
2024-04-20 11:47:20
Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub
2024-04-20 10:29:29
Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür
2024-04-20 10:11:59
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
2024-04-20 09:01:56
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış edib
2024-04-19 18:03:00
“Sabahın alimləri” müsabiqəsində iştırakçıların çoxu ucqar kəndlərdəndir
2024-04-19 15:58:00
"Şagirdlər ağır dərs yükünün altında əzilirlər"
2024-04-19 13:18:00
Bu il buraxılış imtahanları asan keçirildi?
2024-04-19 09:39:00
“Tarixdə bu gün” - 19 aprel necə yadda qalıb?
2024-04-19 09:28:00
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
16 Aprel 2024, 13:10
10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
11 Aprel 2024, 10:25
Hansı ixtisas qruplarına qəbul olmaq asandır?
FACEBOOK