Azedu.az

Daha bir universitetdə differensial əmək haqqı sistemi tətbiq olunur

Xəbərlər

24 Yanvar 2026, 13:08
Daha bir universitetdə differensial əmək haqqı sistemi tətbiq olunur

BSU-da differensial əmək haqqı sistemi tətbiq olunur

AzEdu.az xəbər verir ki, yanvarın 23-də Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin sədrliyi ilə keçirilən Elmi şuranın növbəti iclasında BSU-da əmək nəticələrinə görə ədalətli ödənişi təmin etmək, professor-müəllim heyətinin motivasiyasını artırmaq, bacarıq fərqlərini nəzərə almaq, əmək məhsuldarlığını yüksəltmək, müəssisənin rəqabət qabiliyyətini artırmaq məqsədilə differensial əmək haqqının tətbiqi üzrə qaydalar hazırlanıb. Qeyd olunub ki, differensial əməkhaqqı sisteminin tətbiqi 3 hissədən ibarət bir proses olacaq və prosesin birinci mərhələsi (professor-müəllim heyəti üçün) 1 fevral 2026-cı ildən etibarən tətbiq olunmağa başlayacaqdır. 

Qeyd edək ki, tətbiqi nəzərdə tutulan bu sistemin məqsədi BSU-da professor-müəllim heyətinin fəaliyyətini obyektiv meyarlar əsasında qiymətləndirmək, əməkhaqlarını diferensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətlərinin universitetin inkişaf hədəflərinə uyğun şəkildə stimullaşdırılmasını gücləndirməkdir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox