Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 13:13:00
Dünya maddiyatçı alimlərin nəzərinə görə necə yaranmışdır?

Dünyanın necə yaranması uzun illər boyu alimləri düşündürən ən mühüm mövzulardan olmuşdur. Quran bir çox ayəsində bu mühüm mövzuya işarə etmişdir. Astronomiya ilə məşğul olan alimlər də bu haqda öz nəzərlərini bəyan etmişdilər.

AzEdu.az deyerler.org-a istinadən bildirir ki, alimləri ən çox düşündürən ayələrdən biri budur: "(Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: "İstər-istəməz (vücuda) gəlin!". (Allah qəti iradə ilə həmin tüstünün göylər olmasını, yerin isə bərəkətli olmasını və həmin qidaları hazırlamasını istədi). O ikisi (özlərinin halları və zatı məğlubiyyətlə) dedilər: "İstəyərək gəldik"". ("Fussilət" 11).

Dünyanın yaranması ilə bağlı bir neçə nəzər vardır ki, onlarla tanış olaq.

1. Böyük partlayış nəzəriyyəsi. Bu nəzəriyyə 1900-ci ildə təklif olunmuşdur. İndiyə qədər də bu nəzəriyyənin tərəfdarları vardır. Bu nəzəriyyəyə görə dünyada olan bütün maddə və enerjilər kiçik bir nöqtədə qərar tuturdular. Bu kiçik nöqtədə enerji partlaması baş verir və nəticədə ondan ayrılan maddələr işıq sürəti ilə hər tərəfə yayılır. Bir müddət sonra isə maddə enerji ilə birləşir və bu günki dünyanı meydana gətirirlər. Bu nəzəriyyənin tərəfdarları bu fikirdədir ki, həmin partlayışın təsiri hələ də davam etməkdədir və bu səbəbdən ulduzlar və planetlər hərəkət edir. Bu nəzəriyyə Edwin Hubblenin nəzəriyyəsidir.

2. Sabit hal nəzəriyyəsi. 1940-cı ildə isə ingilis fiziki Fredahil sabit hal nəzəriyyəsini təklif etmişdir. Bu nəzəriyyəyə görə dünya nəinki səma baxımından bir formadadır, bəlkə uzun zamanlar keçməsinə baxmayaraq dəyişməz qalmışdır. Bu nəzəriyyə dünyanın həmişə sabit qaldığı fikrindədir və partlayış nəzəriyyəsini qəbul etmir.

Onların nəzərinə görə, planetlər özlərindən maddə xaric edirlər ki, bu maddə fəzada hidrogen atomları yaradır və o da öz növbəsində yeni ulduzun yaranmasına səbəb olur.

3. Plazma nəzəriyyəsi. İsveçrə alimi Hans Alfonun nəzərinə görə, dünya plazmadan yaranmışdır. Dünyanın 99%-i plazmadan ibarətdir.

Plazmanı bəzən dörd maddə kimi adlandırırlar. Bu nəzəriyyənin tərəfdarları belə əqidədədir ki, böyük partlayış heç bir zaman baş verməmişdir. Dünya elektrik enerjisi və maqnit sahələri ilə dolu olan bir yerdir. Bu dünya çox qədimdir və elektrik qüvvələri vasitəsilə idarə olunur. Başqa planetlər isə təxminən 100 milyon il əvvəl meydana gəlmişdir.

4. Kiçik partlayış nəzəriyyəsi. Bu nəzəriyyəyə görə dünyanın başlanğıcı olmamışdır. Maddə davamlı olaraq kiçik partlayışlara məruz qalmışdır və nəticədə də dünya meydana gəlmişdir. Dünya tədricən yaranmışdır, birdən deyil.

Amma, bu nəzəriyyəçilərdən heç biri, dünyaların yaranmasının ilkin materiayasının necə yaranmasını izah edə bilməmişdirlər.