Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 12:29:37
Roma Papasının oxuduğu XIV əsr universitetinin tələbəsi – “Bayramlarda bunu etmək mümkün deyil”  

Son  illər  gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb. 

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam  əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.

İtaliyanın  La Sapienza Universitetində təhsil alan Aysel Rəhimli  mövzu ilə bağlı zəruri bilgilərini bizimlə bölüşüb.

Aysel Rəhimli hazırda İtaliyada European studies ixtisası üzrə magistr pilləsində təhsil alır.

Öncə, universitet haqqında ümumi məlumat:

La Sapienza Universitetin əsası  Papa  VIII Bonifatsi tərəfindən qoyulub.  Həkim, pedaqoq Mariya Montessori, yazıçı Qabriel Annunsio, rejissor Bernardo Bertoluççi və digərləri bu universitetin məzunları olub.

Yaxşısı budur, universitet haqqında  Ayselin özü bizə məlumat versin.  Onun sözlərinə görə, La Sapienza Universiteti Avropanın ən qədim ali təhsil müəssisəsidir:

“La Sapienza Universiteti  Roma şəhərində yerləşir, əsası 1303-cü ildə qoyulub. Universitet təkcə qədimliyinə görə deyil, eyni zamanda  tələbə sayında da Avropada ön sıralarda yer tutur.  Burada təxminən, 112 min tələbə  təhsil alır. Universitetdə dünyanın bir çox ölkəsindən tələbələrə rast gəlmək olar.  Azərbaycandan da kifayət qədər tələbə təhsil alır”.

Aysel bildirib ki, universitetin kitabxanalarında hətta həftə sonu, bayram günlərində belə boş yer tapmaq çətindir: 

 “La Sapienza Universitetinin  kitabxanaları olduqca zəngindir. Ali təhsil müəssisəsinin   kitabxanasından tələbələr maksimum dərəcədə yararlanır. Burada hətta həftə sonu, bayram günlərində belə kitabxanalarda boş yer tapmaq çətindir.  Azərbaycanla müqayisədə İtaliyada  tələbələr kitabxanalardan maksimum dərəcədə yararlanırlar. Ölkənin universitetlərində təhsil xərcləri ixtisasdan asılı olaraq, dəyişir. Oxuduğum ixtisasda  illik təhsil haqqı 2000 avrodur. Amma tələbələr təqaüd qazandıqda universitetin illik təhsil haqqından azad olunurlar”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları