Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 11:29:47
Əvvəlki illərin məzunlarını ən çox narahat edən suala rəsmi cavab – İmtahan bu qayda ilə veriləcək  

2019-cu ildə keçiriləcək qəbul imtahanlarıyla bağlı abituriyentlər tərəfindən bir sıra məqamlar hələ də qaranlıq qalıb.

Ən çox soruşulan suallardan biri də, əvvəlki ilin məzunlarının qəbul imtahanlarını verəcəkləri ərazinin hansı meyarlar əsasında seçilməsiylə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, əvvəlki illərin məzunları buraxılış imtahanı formatında əlavə imtahanı, yəni qəbulun ilkin mərhələsini elektron ərizələrinə qeyd etdikləri yerə uyğun verəcəklər.

Məsələn, abituriyent elektron ərizəsində faktiki yaşadığı ünvanı qeyd edərsə, bu zaman imtahanı o ünvana ən yaxın mərkəzdə verəcək.

Əks halda, abituriyent şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verməlidir.

Qeyd edək ki, XI siniflər üçün buraxılış və əvvəlki illərin məzunları üçün buraxılış formatında əlavə imtahan aprelin sonunda keçiriləcək. 

Cari ilin məzunları isə bitirdikləri təhsil müəs­sisə­sinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verəcəklər. Yəni, bu zaman sizin hansı ərazidə və ya şəhərdə qeydiyyatda olmağınız nəzərə alınmır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları