Azedu.az

Qəzzada 7 aylıq körpə soyuqdan həyatını itirdi

Xəbərlər

20 Yanvar 2026, 15:10
Qəzzada 7 aylıq körpə soyuqdan həyatını itirdi

Qəzzada 7 aylıq körpə soyuqdan həyatını itirdi

AzEdu.az-ın xarici KİV-dən əldə etdiyi məlumata görə, Qəzza şəhərinin şərqində yerləşən Dərəc məhəlləsinin sakinlərindən olan 7 aylıq qız körpə Şəza Əbu Cerradın ürəyi şiddətli soyuq səbəbindən qəfil dayanıb.

Qış mövsümü başlayandan bəri Qəzzada soyuq havadan qoruna bilmədiyi üçün həyatını itirən uşaqların sayı 9-a yüksəlib.

Fələstin Meteorologiya İdarəsi Qəzza da daxil olmaqla Fələstinin qütb bölgələrindən gələn şiddətli soyuq hava dalğasının təsiri altında olduğunu bildirib.

Zeynəb Tehranlı

Putinin generalı G*ÜLLƏLƏNDİ - Rusiyada ara qarışır
Son xəbərlərDaha çox