Azedu.az

Azərbaycanlı tələbə Türkiyədə qəfil ölüb 

Tələbələr

17 Yanvar 2026, 11:07
Azərbaycanlı tələbə Türkiyədə qəfil ölüb 

Türkiyədə halı pisləşən azərbaycanlı gənc vəfat edib.

AzEdu.az xəbər verir ki, hadisə Antalya vilayətinin Alanya şəhərində qeydə alınıb.

Ailəsi ilə birgə yaşayan və Azərbaycan vətəndaşı olan 21 yaşlı Tanverdi Salmanovun səhhəti qəfil pisləşib. O, dərhal Manavqat Dövlət Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Bildirilib ki, T.Salmanov Türkiyədə universitetlərin birində təhsil alırmış.

Gəncin ölüm səbəbini müəyyən etmək üçün araşdırma aparılır. (Mənbə Qafqazinfo)

Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər!
Son xəbərlərDaha çox